ŞEYPUR ÇALMAQ
ŞEYTAN BARMAĞI
OBASTAN VİKİ
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. == Tarix == İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. == DNT == DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
Gen (film, 2006)
Gen qorxu-gərilim janrında olan 2006-ci il istehsalı türk sinema filmi. Filmin ssenaristləri Murad Toxtamışoğlu, Güray Ölgü və Alper Məstçidir. == Məzmun == Psixiatr Dəniz təpəlik bölgədə yerləşən ruhi xəstəxanaya təyin olur. İşə başladığı ilk gün intihar edən xəstənin meyitini görür. Hadisəni araşdırmaq üçün xəstəxanaya gələn polislər pis hava şəraitinə görə xəstəxanada qalmalı olurlar. Yollardan başqa telefon xətləri də zədələnmişdir və xarici mühitlə əlaqə kəsilmişdir. Çox keçmədən xəstəxanada çoxsaylı cinayətlər başlayır.
Tsu Şin Gen
Tsu Şin Gen — Avropanın ən tanınmış əlbəyaxa döyüş sənəti üstası (Masutatçu Oyamanın tələbəsi) Kanço David Kuk-un qurduğu beynəlxalq təşkilatın adıdır. Qarışıq döyüş sənətlərinin inkişafı ilə məşğul olan bu təşkilatın tədbirlərinə Azərbaycandan ilk dəfə 2004-cü ildə Vasif Namazov öz tələbələriylə qatılıb. Onların içində tanınmış qaydasız döyüş idmançısı Tural Rəhimovda var. Tsu Şin Gen Beynəlxalq Büdo Asossasiyası mərkəzi qərargahı İsveçdə yerləşir.
ингуши́ му́тно- незы́блемо отгружа́ться пистоле́т-автома́т анонси́ровать втачно́й и стар и млад ма́слить нивелиро́вка отму́читься плясать под чью-л. ду́дку полюбо́вно прокла́дывание сбо́рочки розный bloodstain bush-leaguer crush out metacrystal non-Moslem poetess semitropics глуповатый психофизика